Bu dəfə TikTok sosial şəbəkəsi Rusiyada işini dayandırıb. Bundan sonra blogerlər yeni paylaşımlar edə, canlı yayıma girə bilməyəcəklər.
Axşam.az xəbər verir ki, sosial şəbəkənin rəhbərliyi bunun yeni “saxta qanun”la bağlı olduğunu bildirib. Bildirilib ki, komandaya vəziyyəti təhlil etmək üçün vaxt lazımdır.
"TikTok insanların faciə və təcridlə üzləşdiyi müharibə zamanı rahatlıq, ünsiyyət mənbəyi ola bilən yaradıcılıq, əyləncə platformasıdır. Bununla belə, bizim əsas prioritetimiz əməkdaşlarımızın və istifadəçilərimizin təhlükəsizliyidir. Rusiyanın yeni "saxta qanunu" fonunda bizim oradakı video xidmətimiz üçün canlı yayımları, digər vasitələri dayandırmaqdan başqa çarəmiz yoxdur. Xidmətlərimizi nə vaxt tam bərpa edə biləcəyimizi müəyyən etmək üçün Rusiyadakı vəziyyəti izləməyə davam edəcəyik” deyə, məqalədə dərc edilib.