Martın 7-də Ukrayna-Moldova yaxınlığında sərhəddi qanunsuz keçməyə cəhd edən 9 nəfərdən ibarət qrup saxlanılıb.
Axşam.az xəbər verir ki, bu haqda Ukrayna mediası Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb. Saxlanılanlar arasında olanlardan səkkizi Ukrayna vətəndaşı, biri isə Moldova vətəndaşı olan saxta bələdçi olub.
Qayıqdakı kişilərdən ikisi isə Ruslan Evdokimenko və Anatoliy Evdokimenko olub. Onlar məşhur müğənni Sofiya Rotarunun oğlu və nəvəsidir.
Xatırladaq ki, hazırda Ukraynada müharibə getdiyi üçün səfərbərlik elan edilib, buna görə də hərbi yaşda olan kişilər ölkəni tərk edə bilməz.

