Məşhur aktyor Leonardo Di Kaprio Ukrayna ordusuna 10 milyon dollar (17 milyon manat) bağışlayıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu yardımın hümanitar böhranı aradan qaldırmaq üçün edildiyi bildirilib.
DiKaprio dəfələrlə ukraynalı köklərə malik olduğunu açıqlayıb.
Onun nənəsi Elena Smirnova bir vaxtlar Odessada yaşayıb. Oktyabr inqilabından sonra o, ailəsi ilə birlikdə Almaniyaya köçüb. qadın orada alman Vilqelm İndenbirkenə ərə gedib.