Hazırda "Üç kuruş" serialında baş rolu canlandıran aktyor Uraz Kayqılaroğlu imicində dəyişiklik edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, obrazına görə saçlarını sarı rəngə boyadan aktyor yenidən əvvəlki halına qayıdıb. Uraz eyni zamanda saçlarını qısaldıb.
Sosial şəbəkə izləyiciləri onun yeni görüntüsünü bəyəndiklərini qeyd ediblər.