10 ildən sonra evləndilər

10 ildən sonra evləndilər
796 dəfə oxunub
  • A-
  • A
  • A+

"Pearl Harbor" filminin ulduzu Coş Xartnett sevgilisi Temsin Eqertonla gizlicə evlənib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük ötən ilin noyabrında ailə həyatı qurub. Onların toyunda cəmi 12 nəfər iştirak edib.

Qeyd edək ki, 10 ildir münasibətdə olan Coş və Temsinin 3 övladı var. Onlar "Zamanın xaricində" filminin çəkilişləri zamanı tanış olublar.