Dünyaca məşhur “McDonald’s” restoranlar şəbəkəsi Rusiyada fəaliyyətini dayandırır.
Axşam.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru məlumat yayıb.
Bildirilib ki, “McDonald’s”ın Rusiyadakı 850 restoranı müvəqqəti olaraq işləməyəcək.
Qeyd edək ki, “McDonald’s” Rusiyada 1990-cı ildən fəaliyyət göstərirdi.