Devid və Viktoriya Bekhem Ukraynadakı uşaqlara yardım edəcək - Video

Devid və Viktoriya Bekhem Ukraynadakı uşaqlara yardım edəcək - Video
362 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem və həyat yoldaşı, britaniyalı modelyer Viktoriya Bekhem müharibədən zərər çəkən ukraynalı uşaqlara yardım etmək qərarına gəliblər. 

Axşam.az xəbər verir ki, bu barədə Bekhem videomüraciətində deyib.

"Ukraynada vəziyyət həqiqətən də dəhşətdir... Analar uşaqları ilə birlikdə qaçmağa məcbur olurlar. Ailələr ayrılır. Uşaqlar yataqlarından çıxarılaraq bir gecədə qaçqın vəziyyətinə düşürlər. Ukraynada münaqişənin ikinci həftəsinin davam etdiyi bir vaxtda insanların ehtiyacları daha da artıb. 7,5 milyon uşaq indi daha çox risk altındadır" deyə, o, vurğulayıb.

Bekhem əlavə edib ki, o və Viktoriya öz xeyriyyə fondu vasitəsilə pul yığmağa başlayıblar. Məbləğ daha sonra Ukraynada müharibə qurbanlarına kömək etmək üçün "UNICEF"in hesabına köçürüləcək.