Dünyanın ən böyük səsyazma şirkəti "Universal Music" Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya ilə əməkdaşlığına son qoymaq qərarı alıb.
Axşam.az xəbər verir ki, şirkətin yaydığı bəyanatda deyilir:
“Rusiyadakı bütün fəaliyyətimizi dərhal dayandırır və oradakı ofislərimizi bağlayırıq”.
Həmçinin şirkət işçilərinə maaş verməyə davam edəcəklərini, lakin musiqiçilərin səsyazılarının dayandırılacağını vurğulayıblar.