Məşhur müğənni vağzalda ukraynalı qaçqınlara yardım edir - Fotolar

Məşhur müğənni vağzalda ukraynalı qaçqınlara yardım edir - Fotolar
2151 dəfə oxunub
  • A-
  • A
  • A+

"Rammstein" qrupunun solisti Till Lindemann Almaniyada hava limanında ukraynalı qaçqınlara yardım edir.

Axşam.az xəbər verir ki, bu haqda Ukraynadan köçkün düşən Alisa Komm adlı istifadəçi sosial şəbəkədə yazıb. O, Till Lindemannla görüşündən bəhs edib.

O, Berlin vağzalında növbəti uçuşa qədər gözləmək üçün gecələməyə yer axtararkən ifaçı ilə qarşılaşıb. Till ona yardım edib. "Till və onun direktoru Cessika mənim gözəl bir hotelə apardı. Qalmaq pulumu ödədilər və yemək üçün 50 avro verdilər. Cessika öz telefon nömrəsini verdi və nəsə lazım olsa, ona zəng etməyimi dedi".

Həmin an kövrəldiyini deyən qız musiqiçini qucaqlayıb üç dəfə öpdüyünü vurğulayıb.

"Ona dedim ki, əvvəl Britni Spirsi sevirdim, indi isə "Rammstein" heyranıyam. Onu Kiprə dostlarımın yanına dəvət etdim. Cavab verdi ki, burada yardım üçün qalmalıdır. O, Ukraynadan qaçqın düşənlərə yardım edirdi" deyə, Alisa bildirib.