Böyük Britaniya Ukraynadakı münaqişəyə görə rusiyalı milyarderlərə qarşı sanksiyalar tətbiq edib.
Axşam.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Sanksiya siyahısına “Rosneft”in baş direktoru İqor Seçin, “Rusal”ın təsisçisi Oleq Deripaska, “Qazprom”un baş direktoru Aleksey Miller, “Transneft”in baş direktoru Nikolay Tokarev, "VTB"nin baş direktoru Andrey Kostin, “Rossiya” Bankının İdarə Heyətinin sədri Dmitri Lebedev və “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin adları daxil edilib.
Bildirilir ki, həmin şəxslərin Böyük Britaniya ərazisinə girişi qadağan olunub və onların ölkədəki aktivləri dondurulacaq. Həmçinin, onların britaniyalı fiziki və hüquqi şəxslərlə müqavilə həyata keçirməsi qadağan edilib.