Müğənni Ceylanın yeni klipinin çəkilişləri tamamlanıb.
Axşam.az-ın məlumatına görə, klipə mövzu olan “İçirəm” adlı mahnının sözləri və musiqisi Ceylanın özünə məxsusdur. Sənətçi dəniz kənarında çəkdirdiyi klipi üçün imicini də dəyişib.
Ekran işinin rejissoru Aysel Tahirqızı, stilisti Elnur Həsənovdur.
Çəkiliş prosesinin maraqlı anlarını əks etdirən fotoları təqdim edirik.