Türkiyənin Manisa vilayətində yerləşən Soma kömür mədənində baş vermiş dəhşətli faciə heç kimi laqeyd qoymayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Bülent Ersoy faciədə həlak olmuş mədənçilərin ailələrinə başsağlığı verib və maddi və mənəvi istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Rassel Krou, Rihanna, Jeyms Foks kimi məşhur kino və musiqi ulduzları da İnstaqramdakı səhifələrində Soma faciəsi ilə bağlı türk xalqına başsağlığı veriblər.