Mayın 11-də Londonda “Billingbear Polo” klubunun şəxsi ərazilərində “De Beers Diamond Jewellers” zərgərlik brendinin sponsorluğu ilə “De Beers Diamond Jewellers Royal Charity Polo Cup” polo turniri keçirilib.
Axşam.az-ın məlumatına görə, Azərbaycanın “Baku Guards” ilə Taylandın “King Power Polo” komandaları arasındakı oyunu 300-dən çox VIP qonaq izləyib.
"Baku Guards" komandasının tərkibində Kembric hersoqu Uilyam, peşəkar ingilis polo oyunçusu Simon Holland, polo yarışları üzrə çempion Lindon Li, o cümlədən argentinalı oyunçu Fakundo Pyeras çıxıb ediblər. Britaniya şahzadəsi Harrinin rəhbərliyi altında "King Power Polo" komandasında isə akundo Pyerasın qardaşı Gonzalito Pyeras və Tayland əsilli milyarderlərin övladları Aiyawatt ‘Top" Srivaddhanaprabha və Talapichet ‘Ton' Srivaddhanaprabha olublar. Matç 6-6 hesabı ilə bitib.
Daha sonra qonaqlar turnirə həsr olunmuş dəbdəbəli ziyafət və hərracda iştirak ediblər. "The De Beers Diamond Jewellers Royal Charity Polo" xeyriyyə turnirindən əldə olunan gəlir HALO, ESSA (İngilis məktəbləri üzgüçülük assosasiyası), Yaralılarla gəzinti, İngiltərə və Uels Dağ Xilasediciləri, eləcə də şahzadələr Harriylə Uilyamın seçdiyi təşkilatların hesabına köçürüləcək.
"Baku Guards" komandasının təsisçisi Nəsib Piriyevin sözlərinə görə, "The De Beers Diamond Jewellers Royal Charity Polo Cup" tədbirinin keçirilməsi təşəbbüsü təqdirəlayiqdir: "Belə bir tədbirdə nüfuzlu xeyriyyə təşkilatları ilə tərəfdaş olmaq qürurvericidir. 2014-cü ildə "Baku Guards" fəaliyyətinin 1 illiyini qeyd edir və bu xüsusi matçda şahzadə Uilyamın bizim komandada oynaması ən böyük uğurumuzdur. Ümid edirik ki, gələcəkdə bu tədbirlər davamlı olacaq. Şahzadələrə və tədbirin uğurla keçirilməsində əziyyəti keçən hər kəsə minnətdarlığımızı bildiririk".
Mənbə: buro247.az