Əməkdar artist Nəcibə Hüseynova “Günəbaxan” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, səsləndirdiyi filmlərdən danışan aktrisa hər kəsi təəccübləndirib. Belə ki, verilişin digər qonağı, xalq artisti Allahverdi Yolçuyev “Təhminə və Zaur” filmində aktrisa Meral Konratın canlandırdığı Təhminə obrazını N.Hüseynovanın səsləndirdiyini deyib. Aktyorun bu sözü aparıcının və canlı yayım qonaqlarının marağına səbəb olub.