Pelin Batu 4 illik həyat yoldaşından boşanır

Pelin Batu 4 illik həyat yoldaşından boşanır
461 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Pelin Batula həyat yoldaşı Macit Bitargil boşanmaq qərarı alıb.

Axşam.az xəbər verir ki, aktrisa eyni zamanda mətbuatda barəsində çıxan xəbərləri də təkzib edib. O, həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı bağlı çıxan xəbərləri şayiə adlandırıb:

"Boşanmaq mərhələsində olduğumuz doğrudur. Lakin mətbuatda haqqımızda çıxan xəbərlər, zorakılıq doğru deyil. Mövzu təhrif edilir və şişirdilir. Əvvəla olaraq, 3 yaş yarımlıq oğlumuz var. İstəmirəm ki, o, gələcəkdə bu xəbərlərdən təsirlənsin".

Qeyd edək ki, Pelinlə Macit 4 il əvvəl ailə həyatı qurub. Ürək-damar cərrahı olan Macitin Pelinə psixoloji şiddət göstərdiyi üçün 2 ay müddətinə uzaqlaşdırma qərarı alındığı deyilirdi.