1 ay ərzində Gülşənin adını çəksələr həbs olunacaqlar

1 ay ərzində Gülşənin adını çəksələr həbs olunacaqlar
1576 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Gülşən uzun müddətdir ünvanına səsləndirilən tənqidlərə görə aparıcılar Bircan Bali, Seren Serengil və Arto kimi tanınan Harutyan Dalğanı məhkəməyə verib.

Axşam.az xəbər verir ki, o, geyimlərinə görə davamlı olaraq "Söylemezsem olmaz" proqramında tənqid olunduğunu açıqlayıb. İfaçı peşəsi ilə əlaqədar şoulara qatıldığını, bundan başqa, ailəsi, həyat yoldaşı və övladı qarşısında məsuliyyət daşıdığını əsas götürərək sözügedən aparıcılardan şikayətçi olub. O, bununla bağlı vəkili vasitəsi ilə İstanbul Ailə Məhkəməsinə müraciət edib.

İfaçı aparıcıların sonuncu “Lollipop” adlı mahnısından sonra şərəf və ləyaqətinin belə təhqir olunduğunu iddia edib. Gülşən ünvanına səslənən fikirlərdə artıq ailəsinin də açıq şəkildə təhqir edilidiyini, davamlı olaraq adından istifadə edərək özlərini reklam etməyə çalışdıqlarını bildirib.

Məhkəmə Gülşənin iddialarını haqlı hesab edərək, Bircan, Seren və Arto bsarəsində bir ay müddətinə uzaqlaşdırılma qərarı qəbul edib. Bildirilib ki, hər üç aparıcı Gülşənə qarşı təhqiredici, alçaldıcı ifadələr səsləndirə və ya davranışlar sərgiləyə bilməz. Onlar istənilən vasitə ilə ilə ifaçını narahat etməməlidirlər. 1 ay müddətinə nəzərdə tutulan bu qərarlar pozulduğu təqdirdə hər üç aparıcı həbs oluna bilər.