Tanınmış aktrisa nadir xəstəlikdən əziyyət çəkir

Tanınmış aktrisa nadir xəstəlikdən əziyyət çəkir
1440 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış aktrisa, komediya ustası Emi Şumer “The Hollywood Reporter”ə müsahibəsində nadir xəstəlikdən - trixotillomaniyadan (bədəndəki tüklərin - saç, qaş və ya kipriyin şəxsin özü tərəfindən qopardılması) əziyyət çəkdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, aktrisa bildirib ki, uşaq yaşlarında olarkən çətin psixoloji problemlər yaşayıb. Hətta bu, o həddə çatıb ki, qopartmaqdan saçları azaldığı üçün parik taxmaq məcburiyyətində qalıb:

"Hər kəsin böyük sirri var, bu isə mənimkidir. Bunun yalnız məni incitdiyi üçün fəxr edirəm, amma uzun müddət bundan dəlicəsinə utanırdım. Problemdən tam qurtulduğumu deyə bilmərəm. Hələ də bununla mübarizə aparıram".

Emi xəstəliyin ailə üzvlərindən birində də yarana bilmə ehtimalından qorxduğunu etiraf edib:

"Hər dəfə oğlumun başına toxunanda ürəyim dayanır".