Yeni yayım həyatına başlayan "Adı sevgi" serialına yeni aktyor daxil olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Çağkan Çulha rol alacaq. Aktyor serialda müəllim "Levent" obrazına həyat verəcək.
Qeyd edək ki, "Adı sevgi"nin baş rollarını Yunus Emre Yıldırımerlə Gizəm Günəş paylaşır.