Məşhur türkiyəli aşpaz CZN Burakla (Burak Özdəmir) dünya şöhrətli futbolçu Kriştiano Ronaldo şərik olacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aşpaz Bursada keçirilən tədbirlərin birində danışıb:
"Noyabrda Londonda Kriştiano Ronaldo ilə birgə məkan açırıq. Bu haqda çox danışmırıq. Çünki açılışda sürpriz edəcəyik".
Qeyd edək ki, 28 yaşlı Burak Özdəmirin bir neçə ölkədə restoranlar şəbəkəsi var.