"Qəbələ” klubunun futbolçusu Daniel Subotiç sevgilisi İoana Qrama ilə birgə sosial şəbəkədə paylaşdığı erotik fotolardan danışıb.
Axşam.az xəbər verir ki, 25 yaşlı hücumçu Sportnet.az-a açıqlamasında belə fotolara verilən reaksiyanı normal qarşıladığını bildirib. Subotiçin fikrincə, çəkdirdikləri açıq-saçıq şəkillər elə də problemli deyil:
"Bir ildir ki, Azərbaycandayam. Sizin böyük mədəniyyətiniz, adət-ənənəniz var. Burada mənim kimi çoxlu xarici insan yaşayır. Onların hərəsi başqa adət-ənənələrə məxsusdur. Hər halda, bu mənim şəxsi həyatımdır. Ona görə də hansısa bir-iki nəfərin fikri və yaxud hansısa qəzetin nəsə yazmağı mənim üçün elə də maraqlı deyil. Bir-iki insanın fikrinə görə həyat tərzimi dəyişəsi deyiləm. Mən hesab etmirəm ki, o şəkillər elə də problemlidir".