Türkiyəli aktrisa Burcu Kıratlı vəkil Nail Gönənliylə eşq yaşaması barədə yayılan xəbərlərdə münasibət bildirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa müsahibəsi zamanı vəkillə 10 ildir dost olduğunu deyib:
"Elə bir şey ola bilməz, hələ də evli qadınam".
Qeyd edək ki, Kıratlı müğənni Sinan Akçılla boşanma ərəfəsindədir.