Müğənni Tarkan yeni aldığı lüks yaxta ilə gündəmə gəlib.
Axşam.az türk mediasına istinafən xəbər verir ki, ifaçı su nəqliyyat vasitəsi üçün 80 milyon lirə (təxminən 9 milyon 220 min 861 manat) ödəyib. Tarkan yaxtasına qızı Liyanın adını verəcək.
"Numarine xp26" qayığı iki mərtəbədən və beş kabindən ibarətdir. Gəmi Marmarisdə lövbər salacaq.
