Bergeni öldürən əri film şirkətini məhkəməyə verdi

Bergeni öldürən əri film şirkətini məhkəməyə verdi
1509 dəfə oxunub
  • A-
  • A
  • A+

"Acıların qadını" ləqəbi ilə tanınan müğənni Bergenin qatili, keçmiş əri Halis Serbest bir müddət əvvəl ekranlara çıxan "Bergen" filminin prodüser şirkətini "şəxsi hüquqlarına müdaxilə" iddiası ilə məhkəməyə verib.

Axşam.az xəbər verir ki, Halis maddi və mənəvi təzminat tələb edir. Onun vəkili Taylan Perver Yalnız müvəkkilinin həyatının onun razılığı olmadan film mövzusuna çevrildiyini bildirib:

"Müvəkkilimə inanılmaz dərəcədə ölüm təhdidləri gəlir. Sosial mediada da davamlı olaraq təhqir olunur. Televiziyaya çıxıb bu təhdidləri edənlər belə var. Bunlar məhkəməyə məruzə kimi təqdim olunacaq. Bu, şəxsin razılığı olmadan çəkilmiş filmdir, qanun pozulur. Biz burada qadınların öldürülməsini müdafiə etmirik. Bu, sadəcə təzminat işidir. Həmçinin müvəkkilim təzminatı qazanacağı təqdirdə onu dərnəklərə bağışlayacağını deyib”.

Kozan 1-ci Mülki Cəza Məhkəməsinə təqdim olunan iddianamədə ekran işinin yayımının dayandırılması tələb olunub. Məhkəmə Halisin tələbinə rədd cavabı verib. Bundan sonra o, film yayımlandıqdan sonra ölüm təhdidləri aldığını iddia edərək maddi və mənəvi təzminatın ödənilməsini istəyib.

Taylan mənəvi təzminatın 300-500 min lirə arası olduğunu, maddi isə filmdən əldə ediləcək gəlirə görə hesablanacağını qeyd edib.