Türkiyəli məşhur müğənni Koray Candəmirə ağır itki üz verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin anası Solmaz Candəmir vəfat edib.
Mərhum 18 mərtəbəli binanın 9-cu mərtəbəsində pəncərəni silərkən müvazinətini itirərək yıxılıb. 81 yaşlı Solmaz hadisə yerində dünyasını dəyişib.