Rusiyanın tanınmış repçisi Alişer Morqenştern ötən ilin avqustunda evləndiyi Dilaradan boşanır.
Axşam.az xəbər verir ki, bu barədə iddialar onun teleqramda yazdığı yeni mahnısının sözlərindən sonra yayılıb. O, misralarda həyat yoldaşı ilə ayrılacağına eyham vurub:
"Haqqımızda milyonlarla söz dolaşır, amma biz son şam yeməyimizi səssizcə yeyirik. Sən axı bilirsən, mən sənə lazım deyiləm! Rok ulduz yaxşı ər ola bilməz".
Qeyd edək ki, Morqenştern haqqında çıxan narkotik maddələrin təbliği ilə bağlı iddialardan sonra həyat yoldaşı ilə Dubaya köçmüşdü.