Anna yenidən fikrini dəyişdi

Anna yenidən fikrini dəyişdi
1001 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Anna Netrebko sosial media hesabında Ukraynadakı vəziyyətlə bağlı mövqeyini şərh edən yeni video paylaşıb.

Axşam.az xəbər verir ki, ifaçı əvvəlki çıxışından fərqli olaraq bu dəfə fikirlərini təkzib etməyə çalışıb:

"Heç kimə, heç nəyə haqq qazandırmaq fikrində deyiləm, amma bir şeyi aydınlaşdırmalıyam. Vətənimə qarşı çıxmamışam, çıxmaram da. Buna görə də hazırda hamının bizdən tələb etdiyi heç bir gurultulu bəyanatları vermək lazım deyil. Hə, bunu dedin, bəs sonra? Bəşəriyyətin yarısı sənə nifrət edəcək, digər yarısı isə demədin deyə".

O, əlavə edib ki, mövcud vəziyyətə görə özü və digər ulduzlar böyük təzyiq altındadır:

"Həyat davam edir. Hücumlara, təzyiqlərə boyun əyməməyə çalışmalıyıq, çünki bu, bizə təsir edir. Siyasətçilər üçün yox, bizim kimi sadə insanlar, sənət adamları üçün düzgün yaşamaq lazımdır. Onlara belə bir vəziyyətdə yeganə düzgün nöqteyi-nəzəri və mövqeyi göstərəcəyik".

Qeyd edək ki, Anna bir müddət əvvəl Ukraynadakı müharibəni dəstəkləməməsi ilə bağlı paylaşım etmişdi. Bundan sonra o, sərt tənqidlərlə üzləşmişdi. "Novosibirsk Opera Teatrı"ndakı konserti də ləğv edilmişdi. Avropadakı çıxışlarını ləğv edən teatrlar isə ona geri dönüş etməyib.

Qeyd edək ki, o, Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır. Anna uzun müddət Ukraynadakı vəziyyətlə bağlı şərh vermədiyinə görə, çalışdığı bir çox məşhur teatrla yollarını ayırmalı olmuşdu.