25 milyonluq villasını sata bilmir

25 milyonluq villasını sata bilmir
1436 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Şafak Sezer 25 milyonluq villasını sata bilmir.

Axşam.az xəbər verir ki, aktyor "Kolpacino" serialında canlandırdığı "Özgür" obrazına görə malikanəyə alıcı tapa bilmədiyini açıqlayıb:

"Evi təxminən 1,5 - 2 ildir satışa çıxarmışam, amma filmdəki obrazımda daşınmaz əmlak agenti olduğum üçün məni ciddiyə almırlar. "Özgür qardaş evi kinorejissorlara kirayə verib" deyə, zarafat edirlər. Məni tanımayan birinin gəlib alması lazımdır, xarici ölkədən müştəri gözləyirəm".

Qeyd edək ki, 3 mərtəbəli villa İstanbulda yerləşir. 850 kvadratmetr sahədə yerləşən evdə hovuz, diskoteka zalı, 7 otaq, 2 zal və lift var.