Selin Dion dünya liderlərinə müraciət etdi - Video

Selin Dion dünya liderlərinə müraciət etdi - Video
1219 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli kanadalı müğənni Selin Dion növbəti dəfə Ukraynaya dəstək olduğunu ifadə edən video yayımlayıb.

Axşam.az xəbər verir ki, ifaçı instaqram hesabında dünya liderlərinə səslənərək qaçqınlara yardım etmələrini xahiş edib:

“Ukraynanı və dünyadakı bütün qaçqınları dəstəkləyirəm. Dünya liderleri, bizim sizə hər zamankindən daha çox ehtiyacımız var. Hər kəsin çağırışına cavab verin: aktivistlər, hüquqşünaslar, Ukraynadan və dünyanın hər yerindən olan qaçqınlara dəstək olmaq üçün çalışan könüllülərin.

Evlərini, ölkəsini, yaxınlarını tərk etmək məcburiyyətində qalan hər kəsə necə dəstək olacağınıza sabah qərar verməlisiniz. Xahiş edirəm, onları hər yerdə dəstəkləyin və hər cür maddi yardım göstərin".

Müraciətdə Ukraynanın bayrağı da diqqət çəkib.