Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolunu canlandıracağı serialın adı yenidən dəyişdirilib.
Axşam.az xəbər verir ki, ekran işi artıq "Süslü korkuluk" yerinə "Terzi" adlanacaq.
Qeyd edək ki, serialda Çağatayın babasını hazırda "Camdaki kız"da rol alan və Cavid obrazını canlandıran aktyor Engin Şenkan canlandıracaq. Aktyorun tərəf müqabili daha əvvəl aktrisa Esra Bilgiç seçilsə də o, sonradan bundan imtina edib.
Layihə "Netflix"də yayımlanacaq.