Sonuncu dəfə "Payitaht Abdülhamid" serialında rol alan aktrisa Özləm Conker yeni peşəsi barədə danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Conker müsahibəsində hazırda aktrisalıq etməyə ara verdiyini açıqlayıb:
"Əvvəl "Karagül" ardınca "Payitaht Abdülhamid" rol aldım. Hər ikisi də uzun müddət davam etdi. Mən də özümə istirahət vermək qərarını aldım. Boş qalmaq istəmədim, memar olmaq istəyirdim. Hazırlaşdım, imtahana girdim və qəbul oldum. Hazırda Bilgi universitetində memarlıq fakütləsində oxuyuram. İki il təhsil alacağam".