"Bu ukraynalı qız dəqiq heç kimə hücum etmək fikrində deyildi"

"Bu ukraynalı qız dəqiq heç kimə hücum etmək fikrində deyildi"
1205 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı şoumen Maksim Qalkin növbəti dəfə instaqram hesabında Ukrayna ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, Mariupoldan olan ukraynalı qızın yaşadıqları və şəhərdən necə çıxması ilə bağlı danışdığı videonu belə şərh edib:

“Uzun illərdir ki, televiziyada verilişdə uşaqlarla danışıram. Çox gözəl uşaq hekayələri eşitmişəm. Uşaqlar belə yaşamamalıdır. Onlar balaca həyatlarından belə hekayələr danışmamalıdırlar. Bu ukraynalı qız dəqiq heç kimə hücum etmək fikrində deyildi...".

Qeyd edək ki, Qalkin Rusiyanın "Birinci Kanal"ında uşaqların iştirakı ilə yayımlanan “Лучше всех” verilişinin aparıcısı olub.

Şoumen hazırda həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova və övladları ilə İsraildə yaşayır.