"Məni Kıvança yaraşdırmırdılar"

"Məni Kıvança yaraşdırmırdılar"
5112 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Songül Ödən illər sonra Kıvanç Tatlıtuğla bağlı etdiyi etirafla gündəmə gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa qonaq olduğu verilişdə "Gümüş" serialında rol aldıqları zaman xeyli tənqid olunduğunu deyib:

"Kıvançla tərəf müqabili idim, çox yaraşıqlı adamdır. Məni ona yaraşdırmırdılar. O vaxtlar tənqid nədir onu da bilmirdim. "Kıvançın qabağına bunu necə qoyublar, yaraşmır" kimi tənqidlər edilirdi. Çox təhqir olundum, yeni məzun olmuşdum, çox kədərlənirdim. İndi olsa, önəmsəmərəm".