Ana olmağa hazırlaşan Barbadoslu müğənni Rihanna yeni fotosessiya etdirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, reper nişanlısı Eysap Rokidən (Rakim Mayers) hamilə olan 34 yaşlı müğənni "Vogue" jurnalı üçün kamera qarşısına keçib. Müxtəlif geyimlərdə şəkillər çəkdirən müğənni nəşrə müsahibə də verib:
"Yüklənməyim əyləncəlidir. Yalnız bədənimin dəyişdiyinə görə bundan imtina etməyəcəyəm".
O, gələcək övladının cinsiyyətini hələ açıqlamağa hazır olmadığını və gender şənliyi təşkil etmək istəmədiyini də bildirib.
Qeyd edək ki, alış-veriş zamanı çəkilən fotolardan ifaçının qızının olacağı iddia olunub.