Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
490 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor Qilbert Qottfrid 67 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə aktyorun ailəsi onun rəsmi tviter hesabında məlumat yayıb. Bildirilib ki, Qilbert ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, o, komediya ustası idi. "Problemli uşaq", "Beverly Hills polisi 2", "Gilbert" kimi filmlərdə rol alıb. O, həm də bir çox animasiya filmlərində obrazların səsləndirilməsində iştirak edib. Bunlardan ən məşhuru isə "Ələddin"də tutuquşu İaqonu səsləndirməsidir.