Mahsun Kırmızıgüldən keçmiş xanımına 30 milyon qaldı

Mahsun Kırmızıgüldən keçmiş xanımına 30 milyon qaldı
2553 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Mahsun Kırmızıgüllə keçmiş həyat yoldaşı Ece Binayın boşanma məhkəmələri ilə bağlı detallar ortaya çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 60 milyon lirəlik miras bölgüsündə 30 milyon lirə (təxminən 3 milyon 498 min manat) Ece Binaya verilib.

Qeyd edək ki, bir müddət öncə başqa xanımla görüntüləri yayılan sənətçi 2 gün öncə həyat yoldaşıyla boşanıb. Mahsun və Ecenin bu evlilikdən bir qızı var. Məhkəmə uşağın vəlayətini isə anasına verib.