Titullarından imtina edən keçmiş şahzadənin yeni işi

Titullarından imtina edən keçmiş şahzadənin yeni işi
569 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevdiyi şəxslə evlənmək üçün bütün titullarından imtina edən Yaponiyanın keçmiş şahzadəsi Mako Komuro iş həyatına addım atıb.

Axşam.az xəbər verir ki, o, Nyu-Yorkda yerləşən Metropoliten muzeyində işləməyə başlayıb. Keçmiş şahzadə muzeydə Asiya incəsənət kolleksiyası üzərində işləyir və XIII əsrə aid rəsm sərgisinin hazırlanmasına köməklik edir.

Qeyd edək ki, Yaponiyanın taxt-tacının varisi, şahzadə Akisinonun qızı Mako tələbə yoldaşı Kay Kamuro ilə ötən il ailə həyatı qurub. O, nikahdan öncə bütün titullarından imtina etməsi ilə bağlı sənədləri imzalayaraq sarayı tərk edib.