Conni ilə Amberin məhkəməsində nələr baş verdi?

Conni ilə Amberin məhkəməsində nələr baş verdi?
487 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Conni Depplə keçmiş həyat yoldaşı amerikalı aktrisa Amber Heard arasında uzun illərdir davam edən məhkəmə çəkişmələrindən daha biri baş tutub.

Axşam.az xəbər verir ki, “People” nəşrinin yazdığı məlumata görə məhkəmədə çıxış edən şahidlərdən biri də Conninin 61 yaşlı bacısı Kristi Dembrovski olub. O, uşaq olarkən qardaşı ilə birlikdə anaları tərəfindən döyüldüyünü açıqlayıb: 

“Biz qaçıb gizlənirdik. O, bizi döyür, üzərimizə əşyalar atırdı. Atamızı da təhqir edirdi, lakin o, heç bir reaksiya vermirdi".

Kristi əlavə edib ki, qardaşı və özü uşaq yaşlarında xoşbəxt ola bilməyib, bu səbəbdən Conni keçmiş həyat yoldaşının iddia etdiyi zorakılığı əsla edə bilməz:

"Conni heç vaxt uşaqlığımızda baş verənlərə bənzər bir şey təkrar etməz".

Amber isə açıqlamasında Conni tərəfindən şiddətə və cinsi istismara məruz qaldığını bildirib. İştirakçılar onun çıxışı zamanı Conninin yalnız başını yelləyərək reaksiya verdiyini deyir.

Məhkəmənin təxminən altı həftə davam edəcəyi gözlənilir. Bu müddət ərzində sübutlara və tərəflərin ziddiyyətli ifadələrinə baxılacaq.