Aktrisa İlayda Alişanla həmkarı Burak Yörükun baş rollarını canlandıracaqları serialın adı dəyişdirilib.
Axşam.az xəbər verir ki, "Bir yaz dizisi" artıq "Seversin" adlanacaq.
Hazırlıq işləri davam edən serial "Kanal D"də yayımlanacaq.
Qeyd edək ki, İlayda sonuncu dəfə "Kırmızı oda" serialında rol alıb. Burak isə son olaraq "Baraj" və "Aşk mantık intikam" layihələrində ekranda görünüb.