Fransanın məşhur "LʼOccitane" kosmetika şirkəti Rusiyadakı bütün mağazalarını bağlayıb və onlayn satışı dayandırıb.
Axşam.az xəbər verir ki, şirkətin yaydığı bəyanatda bu qərarın Ukraynadakı vəziyyətlə əlaqədar alındığı bildirilib. Həmçinin, vurğulanıb ki, şirkət işçilərə maaş verməyə davam edəcək.
Qeyd edək ki, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyat fonunda bir çox brend - "L'Oreal", "Estee Lauder", "Sephora", "LUSH", "Chanel", "Gucci", "Dior", "Céline", "Givenchy", "Make Up For Ever", "LVMH" və s. bu ölkədəki fəaliyyətini sonlandırıb.