Xəbər verdiyimiz kimi, brazilyalı model Adriana Lima 3-cü dəfə ana olacaq.
Axşam.az-ın məlumatına görə, Lima övladının cinsiyyətini gender şənliyindən çəkilən görüntüləri izləyiciləri ilə paylaşaraq açıqlayıb. Modelin prodüser sevgilisi Andre Lemmersdən oğlu dünyaya gələcək.
Qeyd edək ki, Limanın Marko Yariçlə olan evliliyindən 2 qızı var. Cütlük 2016-cı ildə boşanıb.