Britni Spirs saxlanıldı

Britni Spirs saxlanıldı
1003 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Britni Spirs yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən saxlanılıb.

Axşam.az xəbər verir ki, “The Blast”ın məlumatına görə, martın 10-da ifaçı sürət həddini aşıb. Kaliforniyada saxlanılan Britni mayın 3-də isə məhkəmə qarşısına çıxacaq.

Nəşrin əldə etdiyi sənədlərdə sənətçinin avtomobili hansı sürətlə idarə etdiyi əks olunmasa da, ətrafdakı şəxslər üçün həyati təhlükəli yaratdığı yazılıb.

Qeyd edək ki, bu, ilk belə hal deyil. 2019-cu ildə Britni sürət həddini aşdığı üçün Kaliforniyada tutulub və cərimələnib.