"Орел и решка"nın keçmiş aparıcısına 50 illik qadağa

"Орел и решка"nın keçmiş aparıcısına 50 illik qadağa
545 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynalı bloger, məşhur "Орел и решка" şousunun keçmiş aparıcısı Anton Ptuşkinin Rusiyaya girişi 50 il müddətinə qadağan edilib.

Axşam.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, blogerin 2072-ci ilə qədər ölkəyə girişi qadağan edilib.

Buna səbəb Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı sərt tənqid etməsi olub. Mənbənin sözlərinə görə, qadağa aprelin 16-dan qüvvəyə minib.

Məsələ ilə bağlı nə Ptuşkin, nə də hüquq-mühafizə orqanları açıqlama verməyib.

Qeyd edək ki, Ptuşkin sözügedən şouda üç mövsüm Nastya İvleeva ilə birlikdə aparıcılıq edib.