Polis Rihannanın nişanlısını saxladı

Polis Rihannanın nişanlısını saxladı
545 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rihannanın reper nişanlısı Eysap Roki (Rakim Mayers) Los-Anceles hava limanında saxlanılıb.

Axşam.az xəbər verir ki, ştat polisinin verdiyi məlumata görə, reper 2021-ci ilin noyabrında baş verən atışma ilə bağlı istintaqa cəlb olunub. Zərərçəkən iddia edir ki, Eysap iki nəfərlə küçədə gedərkən ona yaxınlaşıb və 3 dəfə atəş açıb. Güllələrdən biri onun sol əlinə dəyib.

Reper 500 min dollar girov müqabilində sərbəst buraxılıb.  

Qeyd edək ki, bu, Eysapın ilk belə cinayəti deyil. O, 2019-cu ildə iki kişiyə hücum etməkdə günahlandırılaraq da saxlanılmışdı. Reper hücumda təqsirli bilinmiş və zərərçəkənə təzminat ödəməli olmuşdu.