Amerikalı aktyor Timoti Şalame dünyaca məşhur alt paltarı markası “Victorias Secret”in modeli Sarah Talabi ilə münasibətdədir.
Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb aktyorun "Coachella" festivalında naməlum qızla öpüşdüyü videonun yayılması olub.
Talabinin festivaldan görüntüləri instaqramda paylaşmasından sonra həmin qızın o olduğu bildirilib.
Model "Page six"ə açıqlamasında festivalda Timoti ilə vaxt keçirdiyini inkar etməyib:
"Bu həftə sonu Timoti və əkiz bacımla orada idik. Musiqi sədaları altında rəqs etdik. Həyatımın ən gözəl gecəsi idi".
Lakin o, aktyorla öpüşü şərh etmək əvəzinə, jurnalistlərə qlobal istiləşmə problemi üzərində düşünməyi tövsiyə edib:
"Hamı məndən bu barədə soruşur. Bu yaxşı sualdır. Ancaq daha yaxşı sual, dünya liderlərimizə nə üçün Yer kürəsinin qlobal istiləşmə səbəbindən hər il 1,2 trilyon ton buz itirdiyini və iqlim böhranı ilə bağlı islahatların niyə tamamilə səmərəsiz olduğunu soruşmaq olardı".