Məşhur cütlüyün qalmaqallı evliliyində nələr baş verib?

Məşhur cütlüyün qalmaqallı evliliyində nələr baş verib?
1134 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Conni Depplə keçmiş həyat yoldaşı amerikalı aktrisa Amber Heard arasında uzun illərdir davam edən məhkəmə çəkişmələrindən daha biri baş tutub.

Axşam.az xəbər verir ki, aktyor Amberin ona qarşı irəli sürdüyü zorakılıq iddialarını təkzib etməklə qalmayıb, tam əksinə özünün şiddətə məruz qaldığını vurğulayıb.

"Həyatımda heç vaxt miss Heard və ya başqa qadına vurmamışam. Qəribədir ki, bir anda hamı üçün Zoluşka ola, bir saniyədən sonra Kvazimodoya çevrilə bilərsiniz. Buna layiq deyildim, uşaqlarım da, bu illər ərzində mənə inanan insanlar da... Məni maraqlandıran hər şey həqiqətdir. Yalan heç yerə aparmır...

Amber qəzəblənəndə əlində olanları - televizorun pultunu, bir qədəh şərabı başıma atırdı".

C.Depp uşaqlıqda anası tərəfindən şiddətə və psixoloji travmalara məruz qaldığını və bu səbəbdən bir zamanlar narkotik və spirtli içkilərdən istifadə etdiyini inkar etməyib. O, hesab edir ki, Amber onun travmaları və narkotikdən istifadə tarixçəsini bildiyi üçün bütün bunlardan istifadə edərək onu təhlükəli insan kimi göstərir.

Onun sözlərinə görə, toydan az sonra aktrisa ona iki şüşə içki şüşəsi atıb ki, bu da onun barmağının kəsilməsinə səbəb olub. Bütün bunların fonunda aktyordan niyə münasibətə davam etdiyi ilə bağlı sualı isə elə cavablayıb:

"Deyəsən anamla yaşadığı münaqişələrdə atam getmədiyi üçün. Həm də Vanessa Paradislə də (Deppin keçmiş həyat yoldaşı, uşaqlarının anası - red.) münasibətdə olmuşam və onu itirmişəm. Bunu təkrar yaşamaq istəmirdim, düşündüm ki, hər şey bitməyib, bəlkə də Amberə kömək edə bilərəm, çünki münasibətin ilk ilində tanıdığım şəxs tamamilə fərqli biri idi".

Depp əlavə edib ki, o, getmək istədikdə isə Amber özünü öldürəcəyi ilə bağlı dəfələrlə onu hədələyib:

"Çox yaxşı xatırlayıram: atam gedəndə anam Betti Sue ilk intihara cəhd etdi. Onun getməsinin nəticəsi fikrimdə əbədi olaraq qaldı... Bu qorxu səni heç vaxt tərk etmir. Bəzən mən çıxanda Amber mühafizəçilərin qarşısında məni liftdə saxlayıb göz yaşları içində qışqırdı: “Mən sənsiz yaşaya bilmərəm, öləcəm”. Ancaq yenə də qərar verilməli idi".

Məhkəmə cütlüyün münasibətə başladığı dövrün də təfərrüatlarını danışmalarını tələb edib. Amber 2011-ci ildə  "The Rum Diary" filminin çəkiliş meydançasında tanış olduqlarını, görüşməyə başlayıblarını və sonrakı hadisələri belə ifadə edib:

"O, mükəmməl tərəfdaş kimi görünürdü, həqiqət ola bilməyəcək qədər mükəmməl idi. O, diqqətli, mehriban, qayğıkeş, gülməli və anlayışlı idi. Ortaq cəhətlərimiz çox idi - musiqi, ədəbiyyat, bu kimi şeylər. İl yarım ərzində hər şey yaxşı idi, baxmayaraq ki, bəzi şeylər məni bir az çaşdırdı... İl yarımdan sonra o, demək olar ki, fərqli bir insan oldu".

Fotoda: Conni Amber ona şiddət tətbiq edərkən necə müdafiə olduğunu göstərir.