Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
340 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransalı aktyor və rejissor Jak Perren vəfat edib.

Axşam.az xəbər verir ki, aktyor ötən gün Parisdə 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, J.Perren 1966-cı ildə Venesiya Film Festivalında “Half Man” filmində ən yaxşı aktyor roluna görə “Volpi” kubokunu alıb. O, 1968-ci ildə öz kinostudiyasını yaradıb. Ən uğurlu layihələri arasında "Zeta", "Dodaqlarında mahnı ilə qələbə", "Mikrokosmos" və bir çox başqa filmlər yer alıb. 2016-cı ildə "Fəxri Legion" ordeninin komandiri adına layiq görülüb.