"İndi həyata şükür etmək zamanıdır" - Ronaldo

"İndi həyata şükür etmək zamanıdır" - Ronaldo
1768 dəfə oxunub
  • A-
  • A
  • A+

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo yeni doğulan oğlunun ölümü ilə bağlı ona dəstək olanlara təşəkkür edib.

Axşam.az Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu İnstaqram hesabında ailəsi ilə birgə şəkil paylaşaraq bu sözləri yazıb:

"Corcina və qızımızla birlikdəyik. Yaxşı sözləriniz və dəstəyiniz üçün təşəkkür edirik. Dəstəyiniz çox vacib idi. Ailəmizə etdiyiniz hörmət və sevgini sona qədər hiss etdik. İndi "dünyaya xoş gəldin" dediyimiz həyata şükür etmək zamanıdır".