"Tinder fırıldaqçısı"nın həbs qərarı verilib

"Tinder fırıldaqçısı"nın həbs qərarı verilib
703 dəfə oxunub
  • A-
  • A
  • A+

İspaniya polisi "Tinder fırıldaqçısı" kimi məşhurlaşan Saymon Levaevin həbsinə qərar verib.

Axşam.az xəbər verir ki, buna səbəb 2019-cu ildə İspaniyada baş verən qəzadır. Simonun 100 min dollarlıq "Maserati" avtomobili sahildə qalıb və oğlan qəza yerinə gələn polisə onun Maykl Bilton adlı turist olduğunu deyib, saxta sürücülük vəsiqəsi təqdim edib.

Leviyevlə insident zamanı avtomobildə onun dostu, rusiyalı model Polina olub. 

"Daily Mail"in yaydığı məlumata görə, polis "Netflix"də onunla bağlı sənədli filmi görəndə hər şeyi xatırlayıb. O bildirib ki, həmin vaxt sənədlərin saxta olduğundan şübhələnib.

31 yaşlı fırıldaqçı isə həmin vaxt bütün cəzasını ödədiyini, ikinci dəfə cəzalandırılmasının mümkünsüz olduğunu bildirib.