Kadir İnanır yeriməkdə çətinlik çəkir - Fotolar

Kadir İnanır yeriməkdə çətinlik çəkir - Fotolar
1096 dəfə oxunub
  • A-
  • A
  • A+

“Yeşilçam” ulduzu Kadir İnanır keçirdiyi sonuncu beyin əməliyyatından sonra ilk dəfə ictimaiyyət arasında obyektivlərə tuş gəlib.

Axşam.az xəbər verir ki, aktyor həyat yoldaşı Jülide Kuralla görüntülənib. Avtomobildən düşən K.İnanırın yeriməkdə çətinlik çəkdiyi və yorğun olduğu diqqət çəkib. O, xanımının köməyi ilə yeriyə bilib.

Qeyd edək ki, ötən ilin sonu parkda gəzən zaman halı pisləşən Kadir İnanır xəstəxanaya çatdırılmışdı. Aktyorun qəfildən vəziyyətinin pisləşməsinə səbəb beyin damarında yaranan laxtalanma olub. Aktyorun bədəninin 80 faizinin iflic olma riski ilə qarşı-qarşıya qaldığı açıqlanmışdı.