Rusiyada məşhurlaşan azərbaycanlı müğənnilər Jony (Cahid Hüseynli) və Hammali & Navainin (Nəvai Bəkirov) duetinin adı irimiqyaslı dələduzluqda hallanır.
Axşam.az xəbər verir ki, bu barədə «Комсомольская правда» məlumat yayıb.
Bildirilib ki, “Dom-2” televiziya layihəsinin keçmiş iştirakçısı Alina Yan (Saakyan) külli miqdarda dələduzluqda ittiham etdiyi prodüser Alina Rəşidovanı Rusiya polisinə şikayət edib. Onun sözlərinə görə, prodüser əlbir olduğu şəxslərlə ondan 8 milyon rubla (187 000 AZN-dən çox) yaxın pul alıb. Onu Jony-nin klipində çəkəcəyini söz versə də, pulu aldıqdan sonra sözünə əməl etmədən yoxa çıxıb.
Nəşrin məlumatına görə, artıq Navai və Jony polis bölməsinə çağırılıb.